İdman

gimnastikadan

başlayır

Birincilik yenidən Azərbaycan Gimnastika Federasiyasında

21 fevral 2019

Birincilik yenidən Azərbaycan Gimnastika Federasiyasında

Azərbaycan Gimnastika Federasiyası 2018-ci ilin yekunlarına əsasən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil oldu.

Federasiyamız siyahıda yenidən Birincidir.

Belə ki, AGF ötən il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyəti ilə, bütün diqqətləri üzərinə toplamağı bacarıb.  Yüksək səviyyədə təşkil olunmuş gimnastikanın 3 növü üzrə Dünya Kuboku, FIG Akademiyasının bədii, idman və aerobika gimnastikası üzrə məşqçilik kursları, FIG-nin Ali orqanı olan Konqresi, beynəlxalq yarışlar və digər iclasların yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu dəfə də dəyərləndirilmiş və federasiyamız birinciliklə mükafatlandırılmışdır. 

Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında  Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşmışdır.