İdman

gimnastikadan

başlayır

Mövsümün bədii gimnastika üzrə son Dünya Kuboku yarışı yekunlaşdı

14 avqust 2017

Mövsümün bədii gimnastika üzrə son Dünya Kuboku yarışı yekunlaşdı

11-13 avqust tarixlərində Kazan (Rusiya) bədii gimnastika üzrə bu ilin sonuncu Dünya Kuboku mərhələsinə ev sahibliyi  edib.

Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən nümayəndələr iştirak edib. Ölkəmizi qrup hərəkətləri proqramında təmsil edən Ayşən Bayramova, Elif Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva 2 kompozisiya ilə final mərhələsinə vəsiqə qazanaraq, yekun nəticədə hər iki çıxış üzrə 6-cı pillədə qərar tutublar. Çoxnövçülükdə isə qızlarımız 7-ci yerlə kifayətləniblər. Qrup hərəkətləri üzrə komandalar arasında  liderlik  Rusiya təmsilçilərində olub.

Fərdi proqramda isə ölkəmiz gənc gimnastımız Zöhrə Ağamirovanın timsalında təmsil olunub. O, 4 alət ürzə yekun nəticəyə əsasən 24-cü yerdə qərarlaşıb.