İdman

gimnastikadan

başlayır

Batut və tamblinqçilər üçün milli yarışlar mövsümü yekunlaşdı

11 noyabr 2019

Batut və tamblinqçilər üçün milli yarışlar mövsümü yekunlaşdı

8 və 9 noyabr tarixlərində Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə yerli yarışlar təşkil edilib.

Tamblinq üzrə 17-ci Azərbaycan Çempionatı və Birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.

İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən tambliqnçilər uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.

Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər.

Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar öz çıxışlarını nümayiş etdiriblər.

İlin yerli yarışlar mövsümü Sumqayıtda yekunlaşacaq. Belə ki, kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son yerli yarışlar Sumqayıt şəhərində baş tutacaq.

Yarışların nəticələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://agf.az/az/competitions/information/204