İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN YIĞMASININ MƏŞQÇİLƏRİ BEYNƏLXALQ KATEQORİYA ALIBLAR

10 sentyabr 2012

AZƏRBAYCAN YIĞMASININ MƏŞQÇİLƏRİ BEYNƏLXALQ KATEQORİYA ALIBLAR

Bədii gimnastika üzrə Azərbaycan yığmasının iki mütəxəssisi Kamilə Məmmədova və Anastasiya Prasolova Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının (FIG) məşqçilər üçün təşkil etdiyi seminardan qayıdıblar.

Digər iştirakçılarla birlikdə, Azərbaycan mütəxəssisləri Portuqaliya paytaxtında keçirilən həftəlik kursları uğurla dinləyiblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, seminar ərzində məşqçilər nəzəri və praktiki imtahanlar veriblər. Onlar birinci səviyyəli beynəlxalq məşqçi kateqoriyasına yiyələnib və müvafiq sertifikatlarla təltif ediliblər.

Bununla yanaşı, Məmmədova verilmiş mövzu üzrə tapşırığın təqdimatını uğurla aparıb və buna görə kursun təşkilatçılarından ən yüksək qiymət alıb.

Məmmədova, həmçinin Qusarda bədii gimnastika bölməsinə rəhbərlik edir. Prasolova isə Bakıda yığmanın bazasında milli komandanın baş məşqçisinə kömək edir.