17 yanvar 2011
Bədii gimnastika üzrə Azərbaycan yığmasının mütəxəssisləri Natalya Bulanova, Vəfa Hüseynova və Valeriya Yeqay Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının məşqçilər üçün təşkil etdiyi seminardan qayıtmışlar. Onlar digər 15 iştirakçı ilə yanaşı, İtaliyanın Pesaro şəhərində keçirilmiş bir həftəlik kursları uğurla başa vurmuşlar.