İdman

gimnastikadan

başlayır

Birgə gimnastika yarışlarında akrobatların çıxışları yekunlaşdı

10 iyun 2017

Birgə gimnastika yarışlarında akrobatların çıxışları yekunlaşdı

Bu gün, Milli Gimnastika Arenasının köməkçi zalına toplaşmış izləyicilər gimnastların təqdimatında növbəti həyəcan dolu çıxışları izlədilər.

Artıq ötən gündən yarışa qatılmış akrobatlar zövqlü musiqi və çətin hərəkətlərdən ibarət gözoxşayan kompozisiyaları ilə hakimlərdən ən yüksək xal almaq uğrunda mübarizə aparırdılar.  

Turnirdə iştirak edən təcrübəli idmançıların icra etdiyi yeni elementlərlə yanaşı, daha az yaşlı gimnastların çıxışları da hər kəs tərəfindən maraqla qarşılandı.

Və əlbəttə çıxışların sonunda Akrobatika Gimnastikası üzrə 24-cü Azərbaycan Birinciliyinin qalibləri müəyyənləşərək, mükafatlandırıldılar. Sevindirici haldır ki, mükafatçılar sırasında yarışlarda təmsil olunan hər bir klubdan nümayəndələri görmək olardı.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən (yarışlar bölməsindən) əldə edə bilərsiniz.