İdman

gimnastikadan

başlayır

Gimnastlarımızın beynəlxalq yarışlarda çıxışları sona çatıb

25 may 2018

Gimnastlarımızın beynəlxalq yarışlarda çıxışları sona çatıb

Bu gün Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid növbəti Dünya Kuboku yekunlaşıb.

Milli komandamızın da təmsil olunduğu yarışda ən yaxşı nəticə qadın idman gimnastımız Yulia İnşınaya aid olub. Dayaqlı tullanma hərəkətlərində təsnifat mərhələsindən 7-ci yerlə finala çıxan gimnastımız, yekun nəticədə13.400 xalla 4-cü yerdə qərarlaşıb.

İdman gimnastikası ilə parallel Rusiyanın Yaroslavl şəhərində bədii gimnastika üzrə beynəlxalq yarış da başa çatıb. Turnirdə çıxış edən millimizin üzvü Darya Sorokina hər 4 alət üzrə final mərhələsinə adlayıb. Bədii gimnastımız ən yaxşı nəticəsini isə lent ilə göstərərək 5-ci olub.