İdman

gimnastikadan

başlayır

Bakıda keçirilən FIG Dünya Kubokunun ikinci təsnifat günü

20 fevral 2016

Bakıda keçirilən FIG Dünya Kubokunun ikinci təsnifat günü

Bakıda keçirilən FIG Dünya "Challenge" Kubokunun təsnifat mərhələsinin ikinci günü

20 fevral tarixində FIG Dünya “Challenge” Кubokunun ikinci təsnifat yekunlaşdı.  Kişi idman gimnastımız, Oleq Stepko parallel qollar, dayaqla tullanma və turnik üzərində hərəkətlərdə, qadın idman gimnastımız Marina Nekrasova isə gimnastika tiri üzərində və sərbəst hərəkətlərdə finala vəsiqə qazandılar.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun ayrı-ayrə alətlər üzrə həm kişilər, həm də qadınlar arasında final mərhələləri fevralın 21 keçiriləcək. Milli Gimnastika Arenasının yarış meydançasında hər bir alət üzrə ən güclü səkkizlik mübarizə apararaq, qalib və mükafatçıları müəyyən edəcəklər.