İdman

gimnastikadan

başlayır

FİNALDA – YEDDİNCİ YER

24 avqust 2008

FİNALDA – YEDDİNCİ YER

Olimpiya Oyunlarının debütantı – Azərbaycanın qrup hərəkətləri üzrə komandası Pekində çoxnövçülüyün final mərhələsində 7-ci yerə layiq görülmüşdür.

5 iplə hərəkətlərə görə gimnastlar Ukrayna və İsrail komandalarını geridə qoyaraq, 16.075 xal toplamışlar. Qarşıda gimnastları 3 halqa / 4 gürzlə artıq ikinci çıxış gözləyirdi. Həmin çıxışa görə kollektivimiz 15.5 xal toplamışdır. İkinövçülüyün cəmində qrup komandasının xalı 31.575 xal təşkil etmiş və komanda sonuncu deyil, yeddinci yerdə qərarlaşmışdır.

Proqramın bu növündə Olimpiya Oyunlarının qızıl medalları xalça sahiblərini və Belarus komandasını geridə qoyan Rusiya gimnastlarına qismət oldu.

Qeyd edək ki, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorinanın finala çıxması özü böyük bir uğurdur, ona görə ki, proqramın bu növündə rəqabət getdikcə daha da gərginləşir. Komandamız təsnifat yarışlarında müvəffəqiyyətlə çıxış etmiş, finalda isə güclü Ukrayna komandasını geridə qoymuşdur.

Çin Xalq Respublikasında keçirilən Olimpiada artıq geridə qaldı. Cəsarətlə demək olar ki, Olimpiya Oyunları bütövlükdə Azərbaycan yığma komandası üçün müvəffəqiyyətlə nəticələndi. Azərbaycan Olimpiyaçıları 7 mükafat əldə etdi, onlardan biri qızıl, ikisi gümüş və dördü isə bürünc medaldır.