İdman

gimnastikadan

başlayır

AGF-nin texniki direktoru yenidən FIG-nin Texniki Komitəsinin üzvü seçildi

25 oktyabr 2024

AGF-nin texniki direktoru yenidən FIG-nin Texniki Komitəsinin üzvü seçildi

Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova yenidən Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.

Seçkilər 24-26 oktyabr 2024-cü ildə Qətərin Doha şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının 85-ci Konqresi çərçivəsində baş tutub.
Natalya Bulanova ilk dəfə bu vəzifəyə 2021-ci ilin noyabr ayında keçirilən
83-cü Konqresdə seçilmişdi.

Qeyd edək ki, N.Bulanova 1980-1998-ci illərdə bədii gimnast olub, daha sonra isə məşqçilik fəaliyyətinə başlayıb. O, 2002-ci ildən etibarən milli səviyyədə, 2003-cü ildən isə beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərir.

Natalya Bulanova 2014-cü ildən etibarən Bakıda keçirilən gimnastika növləri üzrə irimiqyaslı yarışlarda Yerli Təşkilat Komitəsi tərkibində yarışların direktoru vəzifəsini yerinə yetirir.

Natalya xanımı təbrik edir, ona böyük uğurlar və davamlı nailiyyətlər arzulayırıq!