İdman

gimnastikadan

başlayır

37-ci Dünya Çempionatının 3-cü gününün yekunları

19 sentyabr 2019

37-ci Dünya Çempionatının 3-cü gününün yekunları

Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatının 3-cü günü Bakıda Milli Gimnastika Arenasında başlayıb.

Sentyabrın 18-i fərdi proqram üzrə təsnifat yarışlarında gimnastlar gürzlər və lent ilə çıxış ediblər.

Bu gün, ümumilikdə 3 gimnast – Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova ölkəmizi təmsil edib. Onlar lent ilə çıxışlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Səfərova ilk dəfə idi ki, belə iri miqyaslı yarışda iştirak edirdi. Təəssüflər olsun ki, həyəcan ona qalib gəldi və çıxışı 10.450 xal ilə dəyərləndirildi.

Azərbaycanın digər gimnastlarının nəticələrinə gəldikdə isə, Ağamirova 18.700, Qudis isə 17.150 xal qazanmışdır.

İlkin nəticələrə əsasən, çoxnüvçülük üzrə təsnifat yarışlarında birinciliyin sahibi Dina Averinadır (71.350), sonra İsraildən Linoy Aşram (65.950) və Vlada Nikolçenko  (65.300) gəlir.

Bu çempionat gələn il baş tutacaq Tokio Olimpiya Oyunları üçün lisenziya xarakteri daşıyır. Çoxnövçülük finalında ilk 16 fərdi gimnast (hər ölkədən maksimum 2 gimnast) Olimpiya Oyunlarına lisenziya qazanacaq.

61 ölkədən 300-dən çox gimnast 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın şüarı “Nağıllar gerçəkləşəcək”-dir.

Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatı sentyabrın 22-nə kimi davam edəcək.