22 aprel 2011
Bakı Gimnastika Məktəbində tamblinq üzrə 9-cu Bakı birinciliyi başa çatıb. Yarışda Bakı Gimnastika Məktəbi, Nizami rayonunun idman məktəbi və “Neftçi”nin təmsil edən 31 idmançı çıxış edib.
İdman ustaları Qaliblər – Mixail Malkin və Aytən Şükürova İdman ustalığına namizəd Qalib – Valid Abdulla 1-ci dərəcə Qalib – Ələsgər Nurəliyev 2-ci dərəcə Qaliblər – Nəcməddin Hacıyev və Cəmilə İbrahimli 3-cü dərəcə Qaliblər – Paşa Musayev və İlahə Vəliyeva 1-ci gənclər dərəcəsi Qaliblər – Nicat Əlizadə və Ləman Əhmədova.
May ayında idmançılarımız daha iki yarışda - Azərbaycan çempionatı və Krasnodarda keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər.