İdman

gimnastikadan

başlayır

Akrobat və batutçuların birgə yarışlarında qaliblər müəyyənləşdi

27 sentyabr 2018

Akrobat və batutçuların birgə yarışlarında qaliblər müəyyənləşdi

26 və 27 sentyabr tarixlərində Ocaq Sport Klubu 1-in zalında Akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı Birinciliyi, Batut gimnastikası üzrə isə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçirilib.

2 günlük birgə gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu, Ocaq Sport Klubu və bu klubun Şabran filialının təmsilçiləri iştirak ediblər.

Turnirə ilk öncə akrobatlar start verib. Ümumilikdə 25 qadın cütlükləri, kişi cütlükləri, qadın qrupları, kişi qrupları və qarışıq cütlüklər balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında mübarizə aparıblar.

Yarışların ikinci günü isə akrobatlar meydançanı batutçularla bölüşüb. Batutçular balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında ən güclüləri müəyyənləşdiriblər. 

İki gün boyunca davam edən turnirin sonunda qaliblərə və xal hesabı ilə fərqlənmiş gimnastlara mükafatlar təqdim olunub.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/176 tanış ola bilərsiniz.