İdman

gimnastikadan

başlayır

Qadın idman gimnastları arasında qaliblər müəyyənləşdi

09 iyun 2017

Qadın idman gimnastları arasında qaliblər müəyyənləşdi

Bu gün, Milli Gimnastika Arenasının köməkçi zalında yetişməkdə olan gənc gimnastların, həmçinin onların valideynlərinin həyəcanını və sevincini izləmək olardı.

Belə ki, Bakı Çempionatı və Azərbaycan Birinciliyi yarışlarında ilk olaraq mübarizəyə qatılmış qadın idman gimnastlarımız balacalar, yeni başlayanlar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında mükafatlandırılıblar.  

Qalib idmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi və Zirə Klubunun yetirmələri fəxri kürsüyə yüksələrək, tamaşaçılar tərəfindən alqışlanıblar.

Bu həftəsonu, milli yarışların həyəcanı akrobatlar və kişi idman gimnastlarımız üçün də isti yay günlərinin hərarətini bir az da artıqmaqda davam edəcək. Yarışların ikinci günü tamaşaçılar hər iki gimnastika növünün  təmsilçilərinin maraqlı mübarizəsinin şahidi olacaqlar.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən (yarışlar bölməsindən) əldə edə bilərsiniz.