İdman

gimnastikadan

başlayır

AEROBİKA GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI

21 iyun 2016

AEROBİKA GİMNASTİKASI ÜZRƏ DÜNYA ÇEMPİONATI

13-19 iyun tarixlərində, cənubi Koreyanın İnçeon şəhərində aerobika gimnastikası üzrə Dünya Çempionatı keçirilmişdir.

Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayan bu gimnastika növünün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışlara qatılmışlar.   

Dünya Çempionatında kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, Dünya Yaş Qrupları Yarışlarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticəni göstərdi.