17 dekabr 2018
Bu həftəsonu, Milli Gimnastika Arenasının köməkçi zalında 2018-ci ilin sonuncu gimnastika yarışı keçirilib.
Dekabrın 15-də təşkil olunmuş batut və aerobika gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında ümumilikdə Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu, həmçinin Sumqayıt şəhəri və Göyçay rayoununun təmsilçiləri iştirak ediblər. Batut üzrə açıq elan olunan turnirdə yerli idmançılarla yanaşı, Gürcüstan gimnastları da çıxış edərək, mükafatçılar sırasında yer alıblar.
Azərbaycan Gimnastika Federasiyası yarışlar mövsümünü bağlı elan etsə də, 23 dekabr tarixində arena yenidən gimnastika ilə coşacaq. Xatırladaq ki, bu tarixdə gimnastika növləri üzrə milli komandaların idmançı və məşqçi heyəti “Ağbəniz və 7 cırtdan” adlı yeni il şousu ilə tamaşaçıların görüşünə gələcək. Odur ki, bayramı gimnastika ilə qarşılamağa hazır olun.