İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI TÜRKİYƏDƏ ÜÇ, FRANSADA BİR MEDAL QAZANIBLAR

11 aprel 2011

AZƏRBAYCAN GİMNASTLARI TÜRKİYƏDƏ ÜÇ, FRANSADA BİR MEDAL QAZANIBLAR

Bir həftə bundan əvvəl Polşada olduğu kimi, bu bazar günü kurort yeri Antalyada gənc Azərbaycan gimnastları yenidən yüksək göstəricilər nümayiş etdiriblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, iki idmançımız üç medal qazanıb. 1999-cu il təvəllüdlü gimnastların mübarizəsində Ləman Hacızadə qızıl medal qazanıb. Ölkə üçün daha bir qızıl medalı lentlə hərəkətlərin nəticəsinə görə 13 yaşlı Gülsüm Şəfizadə boynundan asıb. O, dörd hərəkətin cəmində isə yarışın gümüş mükafatçısı olub. Ölkə yığmasının baş məşqçisi Mariana Vasileva öz yetirmələrinin göstəricilərindən razı qalıb və bildirib ki, onlar üçün növbəti yarış aprelin 21-23-də Minskdə keçiriləcək beynəlxalq turnir olacaq.

Milli komandanın lideri Aliyə Qarayeva Fransanın Tye şəhərində təşkil edilən Qran-pri turnirini medalla tərk edib.

Bazar günü Azərbaycan gimnastı dörd finalın üçündə çıxış edib. Onun daha uğurlu çıxışı topla hərəkətlərdə qeydə alınıb. O, orada 27.6 balla üçüncü yeri tutaraq irəli yalnız iki rusiyalını - Yevgeniya Kanayeva və Yana Lukoninanı buraxıb. Qarayeva gürzlərlə hərəkətlərdə beşinci, halqa ilə hərəkətlərdə isə səkkizinci yeri tutub. Çoxnövçülükdə Aliyə 4-cü yeri tutub. Digər Azərbaycan gimnastları Samirə Mustafayeva və Anna Qurbanova müvafiq olaraq 13-cü və 20-ci yerləri tutdular.