İdman

gimnastikadan

başlayır

Tofiq Əliyev Dünya kuboku seriyasının qalibidir

05 oktyabr 2025

Tofiq Əliyev Dünya kuboku seriyasının qalibidir

Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev 3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən Dünya kubokunu brinciliklə başa vuraraq Dünya kuboku seriyalarının qalibi olub. Gimnastımız bu mövsüm ərzində ardıcıl olaraq Bakı, Koimbra və Antibesdə keçirilən Dünya kuboklarında sabit və yüksək nəticələr göstərərək bu nüfuzlu seriyanın qalibi olmağı bacarıb.

Gimnastımızı bu uğuru münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!