İdman

gimnastikadan

başlayır

İKİ QIZIL, İKİ MİSS VƏ DAHA 5 BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM

24 dekabr 2013

İKİ QIZIL, İKİ MİSS VƏ DAHA 5 BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, "Baku Flames" klubunun 9 yaşlı yetirməsi Nərminə Səmədova iplə yarışı udaraq başqa ölkələrdən olan yaşıdları arasında birinci yeri tutub.

Onunla eyni klubdan olan Rəhiməxanım Aslanlı da (2005-ci il təvəllüdlü) qızıl mükafata layiq görülüb. O, topla kompozisiyanı başqalarından daha yaxşı və daha məharətlə ifa edərək "Miss-2005" elan edilib və əlavə olaraq tac da alıb.

7 yaşlı Cəmilə İbrahimova da taca layiq görülüb. Yeni seçilmiş "Miss-2006" çoxnövçülük üzrə yarışda nə qədər çalışsa da, dördüncü yerdən yuxarı qalxa bilməyib.

Bu arada, bir neçə milli hakim beynəlxalq kateqoriya alıb. Kiyevdə keçirilən hakimlik seminarının nəticəsinə görə, Azərbaycanın 5 mütəxəssisi, o cümlədən milli komandanın məşqçiləri Kamilla Məmmədova, Jalə Qaratova, Anastasiya Prasolova, Yevgeniya Jidkova və Vəfa Bəkərova 4-cü kateqoriya hakimlik dərəcəsi alıblar.

Bununla da Azərbaycan yuxarıda adları sadalananlar, eləcə də Natalya Bulanova və Fatimə Şəfizadənin simasında artıq 7 beynəlxalq dərəcəli hakimə malikdir.