İdman

gimnastikadan

başlayır

İKİ YENİYETMƏ AZƏRBAYCANLI GİMNAST POLŞADAKI TURNİRİN QALİBİ OLUBLAR

17 may 2011

İKİ YENİYETMƏ AZƏRBAYCANLI GİMNAST POLŞADAKI TURNİRİN QALİBİ OLUBLAR

İki yeniyetmə azərbaycanlı gimnast bu günlərdə Varşavada keçirilən beynəlxalq turnirin qalibi olublar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, çoxnövçülükdə öz yaş kateqoriyasında ilk qızıl medalı 10 yaşlı Leyla İbrahimova qazanıb. Bu, artıq son dövr ərzində gənc idmançının qazandığı ikinci mükafatdır. Apreldə o, Rusiyadakı yarışın gümüş mükafatçısı olmuşdu.

İkinci qızıl medalı 2002-03-cü il təvəllüdlü gimnastlar kateqoriyasında çıxış edən 8 yaşlı Aydan Ağayeva qazanıb.

Nəhayət, 2003-cü il təvəllüdlü daha bir idmançı Ləman Hüseynova yarışın təşkilatçıları tərəfindən turnirin xüsusi mükafatına layiq görülüb. Məşqçilərin sözlərinə görə, bu və başqa gimnastlar mayın sonlarında Rusiyanın Zveniqorod şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.