İdman

gimnastikadan

başlayır

Üçlüyümüz 5-ci pillədə 

04 aprel 2023

Üçlüyümüz 5-ci pillədə 

Martın 31-dən aprelin 2-dək Slovakiyanın paytaxtı Bratislava şəhərində aerobika gimnastikası üzrə Slovakiya Açıq Beynəlxalq turniri keçirilib. 
Yarışda ölkəmizi yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva, Xədicə Quliyeva təmsil ediblər. 
Azərbaycanda 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayan bu gimnastika növü üzrə yarışda ən yaxşı nəticə üçlük proqramında əldə olunub. 
Komandamızın üzvləri 5-ci pillədə qərarlaşıblar. Fərdi proqramda çıxış edən Leyla Bejanova isə yarışı 24-cü pillədə başa vurub.