İdman

gimnastikadan

başlayır

UEG-İN İSVEÇRƏLİ NÜMAYƏNDƏSİ: AZƏRBAYCANDA GİMNASTİKA ÜÇÜN FANTASTİK ŞƏRAİT VƏ İNFRASTRUKTUR YARADILIB

05 aprel 2014

UEG-İN İSVEÇRƏLİ NÜMAYƏNDƏSİ: AZƏRBAYCANDA GİMNASTİKA ÜÇÜN FANTASTİK ŞƏRAİT VƏ İNFRASTRUKTUR YARADILIB

Azərbaycanda gimnastika üçün fantastik şərait və infrastruktur yaradılıb. Bu barədə Avropa Gimnastika İttifaqının (UEG) İsveçrədən olan nümayəndəsi Gilbert Gianada deyib.

G.Gianada bildirib ki, Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı dünya gimnastikası üçün mühüm əhəmiyyət kəsb edir.

O, vurğulayıb ki, Azərbaycan dövləti gimnastikanın inkişafına böyük diqqət ayırır, Bakıda tikilən möhtəşəm Milli Gimnastika Arenası bunun bariz nümunəsidir. G.Gianada qarşıdan gələn Avropa çempionatında Azərbaycan idmançılarının yüksək nəticələr əldə edəcəyinə inandığını bildirib.

Qonaq eyni zamanda, Bakının gözəlliyindən və Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, bu il iyunun 13-15-də Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək.