İdman

gimnastikadan

başlayır

30-cu dünya yaş qrupları yarışlarından 2 gümüş, 1 bürünc medal

18 noyabr 2023

30-cu dünya yaş qrupları yarışlarından 2 gümüş, 1 bürünc medal

Noyabrın 16-dan 19-dək Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışları, eləcə də gənclər arasında 1-ci dünya çempionatı keçirilib.

Dünya yaş qrupları yarışlarında ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova, (batut gimnastikası) Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev (tamblinq) təmsil ediblər. Gənclər arasında dünya çempionatında isə Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova, Ayan Şabanova, (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) mübarizə aparıblar.

Təmsilçilərimiz komandamıza 2 gümüş, 1 bürünc medal qazandırıblar.

Komandamızın aktivinə ilk medalı dünya yaş qrupları yarışlarında tamblinq üzrə bürünc medal qazanan Aleksey Karataşov yazdırıb.

Təmsilçilərimiz İbrahim Mustafazadə və Ammar Baxşaliyev batut gimnastikası üzrə sinxron proqramda gümüş medala sahib çıxıblar.

Batut gimnastikası üzrə təmsilçilərimiz  Samirə Hüseynova və Ayan Şabanova Birminqemdə  ölkəmizə tarixi gümüş medal sevinci bəxş ediblər. Qeyd edək ki, bu nəticə qadınlar arasında sinxron proqramda Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyətdir.