İdman
gimnastikadan
başlayır
20 iyul 2025
Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında gimnastlarımız tarixi uğura imza atıblar.
Böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar. Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenə kürsünün ilk pilləsində yer alıb. Qrup hərəkətləri komandamız üç top və iki halqa ilə proqramda isə 23.950 xalla gümüş medalın sahibi olub.
Bu, qızlarımızın tarixə yazdığı bir qələbədir.
Gimnastlarımızı bu böyük nailiyyət münasibətilə təbrik edirik!