İdman

gimnastikadan

başlayır

Bakı Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 6-cı Bakı Birinciliyi keçirilib

06 noyabr 2022

Bakı Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 6-cı Bakı Birinciliyi keçirilib

Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilib.
Yarışda “Ocaq Sport” Klubunun və Bakı Gimnastika Məktəbinin  idmançıları balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qüvvələrini sınayıblar. Zal gənc gimnastları həvəslə dəstəkləyən tamaşaçılarla dolu idi.
Bu yarış bir çox “balacalar” yaş kateqoriyasına aid gimnastlar üçün bu ilk yarış idi.  Böyük əzmlə məharətlərini nümayiş etdirən gimnastlar verdikləri müsahibələrdə də bu barədə öz təəssüratlarnı bölüşüblər.
Maraqlı mübarizənin yekununda qaliblər müəyyənləşib.