18 fevral 2010
Azərbaycanın bədii gimnastika üzrə hakimlərinin sıraları genişlənib. Ölkənin qrup komandası uğrunda çıxışlar üzrə tanınmış gimnastları Vəfa Hüseynova və Valeriya Yeqay Estoniyada keçirilən həftəlik kursları uğurla dinləyib. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
Seminarın sonunda onlar imtahan verib və hər ikisi FIG-in himayəsi altında keçirilən bütün beynəlxalq yarışları idarə etməyə imkan verən dördüncü dərəcə alıb.
Azərbaycan Gimnastika Federasiyası xatırladır ki, bununla da, ölkədə dörd hakim dördüncü dərəcəyə malikdir. Hüseynova və Yeqay ilə yanaşı Dinarə Gimatova və Nurlanə Əlizadə bu dərəcəyə malikdir. Leyla Qəmbərova, Nataliya Bulanova və Valentina Ukleina isə ikinci dərəcəli hakimlik dərəcəsinə sahibdir.