İdman

gimnastikadan

başlayır

Veteran gimnast dünyasını dəyişib 

29 yanvar 2023

Veteran gimnast dünyasını dəyişib 

Azərbaycanın veteran bədii gimnastı Svetlana Senatorova 88 yaşında dünyasını dəyişib. 
20 dekabr 1935-ci ildə anadan olan S. Senatorova pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı (qrup hərəkətləri üzrə), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının dosenti olub. 
Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.
Allah rəhmət eləsin!