İdman

gimnastikadan

başlayır

Yana Batırşina Ocaq Sport Klubunda qonaq olub

11 sentyabr 2019

Yana Batırşina Ocaq Sport Klubunda qonaq olub

Bədii gimnastika üzrə Dünya Çempionatının rəsmi səfiri, çoxqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, Rusiyalı gimnast Yana Batırşina bu gün Ocaq Sport Klubunda qonaq olub.

Görüşdə klubun gimnastları, gimnastika ilə məşğul olan əqli və fiziki imkanları məhdud uşaqlar, həmçinin onların məşqçiləri iştirak edib.

Səfir gimnastlarla söhbət edib və özüylə gətirdiyi olimpiya medalını onlara nümayiş etdirərək, karyaresının maraqlı və çətin məqamlarından, qələbələrinin sirrindən danışıb.

Görüşün sonunda Yana şəxsi imzası ilə gimnastlara xüsusi kartlar və köynəklər hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirib.