İdman
gimnastikadan
başlayır
20 sentyabr 2026
17–20 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhərində yeniyetmələr arasında akrobatika gimnastikası üzrə Dünya yarışı keçirilib.
Yarışda ölkəmizi kişi qrupu - Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayev, qadın cütlüyü - Hökümə Əliyeva və Fidan Rəşidova, eləcə də Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadədən ibarət qadın qrupu təmsil edib.
Təsnifat mərhələsində uğurla çıxış edən kişi və qadın qruplarımız finala vəsiqə qazanıblar.
Həlledici mərhələdə Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadədən ibarət qadın qrupumuz 27.650 xal toplayaraq yarışın gümüş medalına sahib olub.
Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət kişi qrupumuz isə 27.200 xal nəticə ilə yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, bu, yeniyetmə kişi gimnastlarımızın belə mötəbər yarışda ilk iştirakı və ilk medalı olub.
Gənc gimnastlarımızı təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq!