İdman

gimnastikadan

başlayır

Yeniyetmə idman gimnastlarımız ilk qızıl medallarını qazandılar

07 aprel 2018

Yeniyetmə idman gimnastlarımız ilk qızıl medallarını qazandılar

Bu günlərdə kişi idman gimnastikası üzrə yığma komandamızın təmsilçiləri Anar Həsənov və Aydın Əlizadə Moqilyov şəhərində (Belarus) baş tutan beynəlxalq turnirdə ümumilikdə  5 medal əldə ediblər.

Beynəlxalq arenada ilk təcrübələri olmalarına baxmayaraq, gimnastlarımız 34 iştirakçı arasında fərqlənməyi bacarıblar. Belə ki, yeniyetmələr arasında gedən mübarizədə gimnastımız Aydın 6 alət üzrə hərəkətlərinin cəminə görə ən yüksək pillədə qərarlaşaraq, komandamızın hesabına ilk qızıl medalı yazdırıb.

Bununla kifayətlənməyən Aydın sərbəst hərəkətlərdə də gümüş medal əldə edib. Bu alətdə qızıl medal isə elə digər həmyerlimiz Anara qismət olub.

Anarın növbəti çıxışı – paralel qollardakı hərəkətləri də ona qızıl medal qazandırıb. Dəstəli at üzərindəki çıxışına görə isə idmançımız ikinci pillədə qərar tutub.