İdman

gimnastikadan

başlayır

AZƏRBAYCANIN GƏNC GİMNASTLARI ÜÇ TURNİRDƏ QALİB VƏ MÜKAFATÇI OLUBLAR

29 iyun 2011

AZƏRBAYCANIN GƏNC GİMNASTLARI ÜÇ TURNİRDƏ QALİB VƏ MÜKAFATÇI OLUBLAR

Yayın ilk ayının bir sıra son turnirlərində Azərbaycanın gənc gimnastları müxtəlif əyarlı medallar qazanıblar.

Beləki, Bolqarıstanda keçirilən beynəlxalq yarışda 13 yaşlı Gülsüm Şəfizadə öz çıxışları ilə böyük nailiyyət qazanıb. Bu yaxınlarda baş tutan Azərbaycan çempionatının bürünc mükafatçısı həm beynəlxalq turnirin mütləq qalibi, həm də bütün ayrı-ayrı növlər üzrə ən yaxşı idmançı olub! 12 yaşlı Ləman Hacızadə də əla çıxış edib. Ölkə çempionatının gümüş medalçısı finalda alətsiz və topla hərəkətlərdə əminliklə qızıl, gürzlərlə və çoxnövçülükdə gümüş, eləcə də halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.

"Məni Ləmanın yaşıdı Nərminə Hüseynovanın yığmanın üzvü kimi beynəlxalq arenada ilk dəfə uğurla çıxış etməsi çox sevindirir. O da gürzlərlə hərəkətlərdə ikinci, topla və alətsiz hərəkətlər üzrə üçüncü olub", - milli komandanın baş məşqçisi Mariana Vasileva deyib.

Ölkə çempionatının yekunları üzrə "bir nömrə" olan 15 yaşlı Lalə Yusifovaya gəldikdə, o, İtaliyada ənənəvi turnirdə çıxış edərək xalça sahibindən sonra çoxnövçülükdə ikinci yeri tutub. Baş məşqçinin sözlərinə görə, böyüklər arasında çıxış edən Zeynəb Cavadlı altıncı olub.

Nəhayət Bolqarıstanla qonşu olan Türkiyədə keçirilən üçüncü yarışda gənc gimnastlar rəqiblərinə heç bir şans verməyiblər. Belə ki, Ləman Dadaşlı (1998-ci il təvəllüdlü) lentlə hərəkətlərin yerinə yetirilməsi üzrə birinci, topla hərəkətlərdə ikinci olub. 11 yaşlı Ruqiyyə Səttarova iplə hərəkətlərdə qalib olub, topla çıxışda isə ikinci yeri tutub. Topla hərəkətlərdə və çoxnövçülükdə Leyli İbrahimova (2001-ci il təvəllüdlü) ikinci olub. Onun yaşıdı Nurlanə Bağırova iplə hərəkətlərə görə ikinci nəticəni göstərib. 9 yaşlı Ləman Hacıyeva iplə və alətsiz hərəkətlərə görə birinci, Məlahət Abdullayeva isə iplə hərəkətlərin yerinə yetirilməsinə görə ikinci olub. Ən kiçik zəriflər kateqoriyasında Nigar Əli (2003-cü il təvəllüdlü) və 7 yaşlı Lalə Kramarenko üçüncü yeri tutublar.