İdman

gimnastikadan

başlayır

Zöhrə Ağamirova “Challenge” Kubokunun 3 final mərhələsində çıxış edib

06 may 2019

Zöhrə Ağamirova “Challenge” Kubokunun 3 final mərhələsində çıxış edib

Dünən, İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Kubok yekunlaşıb.

Kubokda ölkəmizi milli komandamızın üzvləri Zöhrə Ağamirova və Veronika Hudis təmsil ediblər. Yarışlarda gimnastlarımızdan ən yaxşı nəticəni Zöhrə göstərib. Belə ki, ötən həftə Bakıda baş tutmuş Dünya Kubokunda 1 finalda çıxış edən gimnastımız, bu dəfəki yarışlarda 3 alətlə final mərhələsinə vəsiqə qazanıb.  

Yarışın son günü təmsilçimiz lent ilə uğurlu çıxış nümayiş göstərərək, hakimlərdən 16.850 xal alıb və yekun mərhələdə 5-ci yerdə qərarlaşıb. Zöhrənin digər iki final çıxışı isə halqa və gürzlərlə olub və o, hər iki alətlə yarışları 7-ci yerdə bitirib.