İdman

gimnastikadan

başlayır

Zöhrə Ağamirova Olimpiya Oyunlarına lisenziyanı təmin etdi

20 sentyabr 2019

Zöhrə Ağamirova Olimpiya Oyunlarına lisenziyanı təmin etdi

Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının 5-ci günü start götürüb.

Çoxnövçülük üzrə yarışların finalçılarından, təmsilçimiz Zöhrə Ağamirova çempionatın həlledici günündə 4 alətlə yenidən xalça üzərində çıxış edib. Həyəcanla keçən final mərhələsində gimnastımız layiqli çıxışlar nümayiş etdirərək, ümumi 78.725 xalla öz qrupunda dördüncü yerdə qərarlaşıb.

Bununla da, növbəti qrupda çıxış edəcək 12 gimnastın xalından asılı olmayaraq, Zöhrə Tokio 2020 Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Bu uğurda əməyi keçən yığma komandanın məşqçi və xoreoqraf heyəti, Azərbaycan Gimnastika Federasiyanın nümayəndələri və bütün Gimnastika İctimaiyyətini təbrik edirik.