İdman

gimnastikadan

başlayır

Zöhrə Ağamirova "Paris-2024"də çıxışlarını nümayiş etdirdi

08 avqust 2024

Zöhrə Ağamirova

Bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülük proqramı üzrə “Paris-2024” meydançasında mübarizə aparıb. O, bu gün təsnifat mərhələsində 4 alətlə çıxış nümayiş etdirib. Gimnastımız topla çıxışda 30.200, halqa proqramında 32.500, lentlə hərəkətlərdə 28.400, gürzlərlə nümayiş etdirdiyi performansında isə 26.750 xallıq nəticə göstərib. Zöhrə gərgin keçən mübarizədə çoxnövçülük üzrə əldə etdiyi 117.850 xalla təsnifat mərhələsinin sonunda 19-cu sırada qərarlaşıb. Qeyd edək ki, sıralamada yer alan ilk 10 nəfər finala vəsiqə qazanıb. Avropa çempionatının bürünc medalçısı olan təmsilçimizin rəqibləri arasında dünya çempionları Boryana Kaleyn, Stiliana Nikolova, Darya Varfolomev (6 qat), Sofiya Rafaelli (5 qat), Milena Baldasarri yer alıb. Zöhrə Ağamirova bundan əvvəl “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edib və Azərbaycanın gimnastika tarixində bədii gimnastika üzrə fərdi proqramda Olimpiadada ölkəmizi təmsil etmiş ilk azərbaycanlıdır.