İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

May

Misirin Qahirə şəhərində idman gimnastikası üzrə keçirilən Dünya Kubokunda mübarizə aparan gimnastımız Nikita Simonov 2023-cü ildə iştirak etdiyi dörd Dünya kubokunda topladığı ən yüksək üç nəticənin cəminə əsasən FIG kubokuna layiq görülmüşdür.

 

 

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı uğurla keçirilmişdir. Azərbaycan təmsilçiləri Avropa çempionatında 5 medala (1 qızıl, 4 bürünc) layiq görülmüşlər. Böyüklərdən ibarət qrup hərəkətləri komandamız tarixi uğura imza ataraq Azərbaycan gimnastika tarixində ilk dəfə Avropa çempionatının qızıl medalını qazanmışdır. Komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl, çoxnövçülük proqramında isə bürünc medala layiq görülmüşdür. Fərdi gimnastımız Zöhrə Ağamirova Bakı gimnastika məktəbinin yetirməsi olaraq topla hərəkətlərin icrasında Avropa çempionatının bürünc medalını qazanmışdır. Gənclərdən ibarət qrup hərəkətləri komandamız Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün üçüncü pilləsində yer almışdır. Gimnastlarımız bu nəticə ilə ilk dəfə olaraq qitə çempionatında iki çıxış proqramında medal qazanmağa müvəffəq olan komanda kimi tarixi uğura imza atmışdır.