İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Noyabr

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında təmsilçimiz Mixail Malkin gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə qızıl medal qazanmışdır.
Dünya çempionatında gimnastlarımız Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovun yer aldığı millimiz gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə komanda hesabında qızıl medala layiq görülmüşdür.

Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən 30-cu dünya yaş qrupları yarışlarında təmsilçilərimiz İbrahim Mustafazadə və Ammar Baxşaliyev, eləcə də Samirə Hüseynova və Ayan Şabanova batut gimnastikası üzrə sinxron proqramda gümüş medala sahib çıxmışlar. Qadınlar arasında əldə olunan bu nəticə sinxron proqramda Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyət olmuşdur. Yarışda gimnastımız Aleksey Karataşov isə tamblinq üzrə bürünc medal qazanmışdır.