İdman

gimnastikadan

başlayır

İnkişaf mərhələləri

Oktyabr

Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında təmsilçilərimiz 7 qızıl, 2 gümüş medala sahib çıxmışlar.
Böyüklər arasında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük temp, balans və çoxnövçülük proqramında 3 qızıl medal qazanmışdır. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz  də eyni uğurunu təkrarlayaraq temp, balans və çoxnövçülük proqramında 3 qızıl medal əldə etmişlər. Bu nəticə ilə gimnastlarımız Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlük və kişi cütlüyü kateqoriyasında böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail olmuşlar.  Gənclər arasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu 1 qızıl (balans),  2 gümüş (temp və çoxnövçülük) medal əldə etmişdir.