İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyi

Aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyi

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü daha iki maraqlı gimnastika növü üzrə yarışlarla davam etdirir.
Noyabrın 1-i və 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil ediləcək.
Aerobika gimnastikası üzrə yarışlarda “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 110 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar 7-ci Azərbaycan çempionatında yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyalarında (2005-ci il və daha böyük), açıq Bakı birinciliyində isə balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində “Ocaq Sport” Klubu,  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), “Neftçi” İdman Klubu, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 68 idmançı təmsil edəcək.
İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar- 2007-2012; balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük), kişi cütlükləri (böyüklər - 2008-ci il və daha böyük), qarışıq cütlüklər (balacalar - 2008-2017; yeniyetmələr - 2005-2011; böyüklər - 2008-ci il və daha böyük) və qadın qrupları (uşaqlar- 2007-2012; balacalar-2008-2017; yeniyetmələr-2005-2011; gənclər-2004-2010) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.

Yarışlar hər gün saat 12:00-da başlayacaq
Ünvan: Bakı şəhəri, Abbas Səhhət küç., 2
Telefon: (012) 490 70 40 / 42

Vacib sənədlər

Faydalı məlumatlar