İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 27-ci Azərbaycan Çempionatı

Bədii gimnastika üzrə 27-ci Azərbaycan Çempionatı

Yarış haqqında

Akrobatika gimnastikası üzrə milli və beynəlxalq yarışların ardınca bu dəfə Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastlara açacaq.
Belə ki gimnastika növünün ən zərif nümayəndələri martın 16-sı və 17-də keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.
Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışacaq.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.
Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışların izləmək imkanı əldə edəcəklər.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq saytımızda (www.agf.az) yenilənəcək.
Yarışların başlama vaxtı:
16 mart - 12:00
17 mart - 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

 

 

 

 

 

 

 

Faydalı məlumatlar

Proqram