İdman

gimnastikadan

başlayır

Kişi idman gimnastikası və akrobatika gi̇mnastikası üzrə 28-ci̇, qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan birinci̇liyi və Bakı çempionatı

Kişi idman gimnastikası və akrobatika gi̇mnastikası üzrə 28-ci̇, qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan birinci̇liyi və Bakı çempionatı

Yarış haqqında

14-16 mart tarixlərində Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı təşkil ediləcək. 
Üç gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verəcək. 
Qadın idman gimnastları uşaqlar, yeniyetmələr və gənclər, kişi idman gimnastları kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Akrobatlar isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.
Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, “Qarabağ” İdman Klubu, 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbinin təmsilçiləri ölkə və paytaxt birincisi adı uğrunda mübarizəyə qoşulacaqlar.  
Yerli idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. 
Biletlərin qiyməti 5 manat təşkil edir. 


Yarışların başlama vaxtı:
14 mart - 12:00

15 mart - 12:00

16 mart - 10:00

Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
 
 

Faydalı məlumatlar