İdman

gimnastikadan

başlayır

“Burada tətbiq etməyə çalışdığım fərqli təcrübədir”

14 yanvar 2023

“Burada tətbiq etməyə çalışdığım fərqli təcrübədir”

Bədii gimnastika üzrə portuqaliyalı hakim Lurdeş Avila ölkəmizdə keçirilən seminarla bağlı Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti ilə fikirlərini bölüşüb. 

-Mən Porto və Koimbra Universitetlərində çalışıram. Buradakı mühazirələrim gimnastika və rəqs barəsindədir. Bu, mənim gündəlik işimdə ən çox maraqlandığım sahədir.
AGFmövcud şəraitin yaradılması üçün böyük səy göstərib. Düşünürəm ki, bura dünyada ən gözəl şəraitə malik məkanlardan biridir. AGF-nin təcrübəli və bacarıqlı məşqçilər, xoreoqraflar, balet rəqqaslarından ibarət bir sistemi var ki, bu da Azərbaycan gimnastlarının inkişaf prosesinə və bədii gimnastikanın ən yüksək səviyyədə olmasına kömək edir. Biz gimnastlarınızın uğurlu çıxışlarına  son Dünya kubokları, dünya çempionatlarında şahidlik etdik.
 Bu gün biz gimnastlarla işlədik. Sabah məşqçilərlə işləyəcəyəm. Burada olmağımın əsas məqsədi yeni hərəkətlərin araşdırılması, hərəkətləri icra edərkən daha təbii olmaq və gimnastlara bu istiqamətdə, yəni hiss etməkdə kömək olmaqdır. Əgər gimnastlar hiss etmə qabiliyyətinə malik olmazsa, onlar hakimlərə və ictimaiyyətə lazımi mesajı çatdıra bilməyəcəklər. Beləliklə, mənim burada əsas məqsədim gimnastlar və məşqçilərlə işləməkdir. Sabah biz bunun üzərində işləyəcəyik, lakin mən onlara istifadə edə biləcəkləri yolları öyrətməyə çalışacağam, məsələn, eyni hərəkəti yerinə yetirən zaman fərqli yollardan istifadə etməyi. Beləliklə, bu, burada tətbiq etməyə çalışdığım fərqli bir təcrübədir. Buraya dəvət olunduğum üçün və  idmançılarla birgə işləməkdən qürur duyuram. Çünki bu mənim ən sevdiyim sahədir. Mən burada çox təəccübləndim. Bu gün mən gimnastların öz hərəkətlərini icra edərkən yüksək potensiallarının olduğunu gördüm. Bizdə də burada olduğu kimidir. Məşqçilər və gimnastlar böyük potensiala malikdirlər. Ümid edirəm ki, mən gimnastlara lazımı köməkliyi göstərəcəyəm.
Bildiyiniz kimi, hər Olimpiya dövründə qaydalar dəyişir. Əlbəttə ki, FIG-nin Texniki Komitəsi bədii gimnastikanın inkişafa nail olmasına dair zəmanət verməyə çalışır. Çıxışlar zamanı, artistizmlə, subyektiv komponentlərlə əlaqədar hərəkətlərin düzgün şəkildə qiymətləndirilməsi ilə bağlı biz böyük səylər görə bilərik. Bu elə də asan iş deyil. Düşünürəm ki, artistizmdə, hakimlər bu yeni qaydaların tətbiqi ilə daha da özünə inamlı olmağa başlayıblar. Məşqçilər çıxışların icrası zamanı bu yeni fəlsəfəni başa düşməyə başlayıblar və düşünürəm ki, bu yeni mövsümün xoreoqrafiyası əvvəlkindən daha yaxşıdır.