İdman
gimnastikadan
başlayır
30 iyun 2025
27-29 iyun tarixlərində Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edib.
Gimnastlarımız uğurlu çıxışları ilə bizi sevindiriblər. Belə ki, qarışıq hərəkətlər proqramı üzrə kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medal qazanıblar.
Gimnastlarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirik!