İdman

gimnastikadan

başlayır

“Dünya Kuboku idmançılarımız üçün böyük əhəmiyyət kəsb edir”

07 mart 2024

“Dünya Kuboku idmançılarımız üçün böyük əhəmiyyət kəsb edir”


Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda start götürən idman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib.

- Dünya kuboku idmançılar üçün Paris Olimpiadasına lisenziya baxımından böyük əhəmiyyət kəsb edir. Ümumilikdə 300-ə yaxın idmançı bu turnirdə mübarizə aparır. Gimnastımız Nikita Simonov da bu yarışlarda çıxış edəcək. Bundan öncə keçirilən turnirlərdə o, 45 idmançı arasında halqalar ilə çıxışda 1-ci yeri tutub. Ümid edirik ki, Almaniyadakı uğurlu çıxışını Bakıda, yerli publika önündə davam etdirəcək. İvan Tixonov və digər gənc idmançılarımız da mübarizə aparacaqlar.