İdman

gimnastikadan

başlayır

“Növbəti hədəfim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır” 

12 mart 2023

“Növbəti hədəfim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır” 

Azərbaycanda idman gimnastikası üzrə keçirilən Dünya kubokunun qadınlar arasında sərbəst hərəkətlər proqramında qalibi Fransa təmsilçisi Marine Boyer qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb: 
- 23 yaşım var. Bakıda keçirilən Dünya kuboku mənim üçün uğurlu oldu. Bu yarış Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. Əvvəllər də Bakıda keçirilən Dünya kuboklarında iştirak etmişəm və finala vəsiqə qazanmışam. Növbəti hədəfim dörd həftə sonra keçiriləcək Avropa çempionatında iştirak etmək və daha sonra Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.