İdman

gimnastikadan

başlayır

“Proqramımı ən yüksək səviyyədə nümayiş etdirməyə çalışdım”

24 aprel 2022

“Proqramımı ən yüksək səviyyədə nümayiş etdirməyə çalışdım”

Bədii Gimnastika üzrə FIG Dünya kubokunun gümüş medalçısı, Bolqarıstan yığma komandasının üzvü Boryana Kaleyn medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
- Azərbaycanda keçirilən Dünya kubokunda iştirakımdan çox razıyam. Sevinirəm ki, ümidləri doğruldaraq gümüş medal qazandım. Yarışqabağı öz üzərimdə çox işləmişdim. Burada proqramımı ən yüksək səviyyədə nümayiş etdirməyə çalışdım. Gürzlərlə çıxış etməyi daha çox sevirəm. Təəssüf ki, bu alətlə proqramımın icrası zamanı kiçik səhvlərə yol verdim. Ümumilikdə isə deyərdim ki, məşqlərdə sərf etdiyim gərgin əmək sayəsində mükafatçılar sırasında yer ala bildim.