İdman

gimnastikadan

başlayır

“Proqramımın çətin olması mənə qələbə qazandırdı"

12 mart 2023

“Proqramımın çətin olması mənə qələbə qazandırdı

Azərbaycanda idman gimnastikası üzrə keçirilən Dünya kubokunun kişilər arasında paralel qollar və dayaqlı tullanma proqramında qalibi, Filippin təmsilçisi Yulo Kadros Edriel qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb: 
- Ötən ilin sonundan etibarən bu yarışa hazırlaşıram. Demək olar ki, məşqlərim davamlı olub və fasilə verməmişəm. İlk final günü, yarışqabağı bir qədər həyəcanlı və narahat idim. Çünki rəqiblərim güclü idi. Paralel qollarda əsas rəqiblərimdən biri Ukrayna təmsilçisi İlliya Kovtun idi. Bilmirəm necə qalib gəldim, amma onu deyə bilərəm ki, qələbə qazanmaq üçün əlimdən gələni etdim. Məncə, proqramımın çətin olması mənə qələbə qazandırdı. Qarşıdakı dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Olimpiadaya lisenziya qazanmaq üçün hər bir halda uğurla çıxış etməliyəm.