İdman

gimnastikadan

başlayır

“Titullu idmançılarla mübarizə aparmaq və qalib gəlmək həm xoş, həm də həyəcanlı idi”

13 mart 2023

“Titullu idmançılarla mübarizə aparmaq və qalib gəlmək həm xoş, həm də həyəcanlı idi”

Ölkəmizdə idman gimnastikası üzrə keçirilən Dünya kubokunda kişilər arasında turnikdə qızıl medal qazanan İsrail təmsilçisi Aleksandr Myakinin qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

- Bu yarış Avropa çempionatına hazırlıq mərhələsinin bir hissəsini təşkil edirdi. Bundan əvvəl də Dünya kuboklarında iştirak etmişəm. Bakıda keçirilən Dünya kubokunda qarşıma qoyduğum məqsədə nail oldum. Final mərhələsi gərgin mübarizə şəraitində keçdi. Xorvatiyalı dünya çempionu Tin Srbic, Olimpiya Oyunlarının iştirakçısı yaponiyalı Takeru Kitazono güclü rəqiblərim sırasında idi. Bu cür titullu idmançılarla mübarizə aparmaq və qalib gəlmək həm xoş həm də həyəcanlı idi.