İdman

gimnastikadan

başlayır

“Yerli azarkeşlərə dəstək üçün təşəkkürümü bildirirəm”

12 mart 2023

“Yerli azarkeşlərə dəstək üçün təşəkkürümü bildirirəm”

Azərbaycanda idman gimnastikası üzrə keçirilən Dünya kubokunun kişilər arasında sərbəst hərəkətlər proqramında qalibi Qazaxıstan təmsilçisi Milad Kərimi qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb: 
- Yarışda proqramımı kifayət qədər yaxşı icra etdim. Düzdür, rəqiblərim çox güclü idi. Amma bu, Dünya kubokunun 3-cü mərhələsi olduğu üçün demək olar ki, yüksək hazırlıq prosesi keçmişdim. Əsas məşqləri doğma Almatı şəhərində etmişdim. Qarşıda məni növbəti yarış, Asiya çempionatı gözləyir. Orada dünya çempionatına iştirak hüququ qazanmalıyam. Bakıda dəfələrlə olmuşam. Arena gözəl, təşkilatçılıq yüksək idi. Burada yüksək qonaqpərvərliklə qarşılandıq. Xüsusilə yerli azarkeşlərə dəstək üçün təşəkkürümü bildirirəm.