İdman

gimnastikadan

başlayır

"Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir"

19 may 2023

Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir.
Trend xəbər verir ki, bunu gənc bədii gimnastlardan ibarət Portuqaliya komandasının məşqçisi Silviya Kanelaş deyib.
Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu deyən məşqçi bildirib ki, burada yarışlar həmişə yüksək səviyyədə təşkil olunur. Bütün ölkələrdə gimnastlar üçün Azərbaycanda olduğu kimi şərait yaradılmır.
Portuqaliyalı gimnastların Bakıda keçirilən Avropa çempionatına ciddi hazırlaşdıqlarını vurğulayan S.Kanelaş deyib: “Bu yarışda iştirak gimnastlar üçün olduqca vacibdir. Bakıda keçirilən Avropa çempionatında çıxış etmək onların arzusu idi. Yarışın şüarı – “Ulduz kimi parla” çox gözəl seçilib. İdmançılar bu şüarı çox bəyənir və onları uğurla çıxış etməyə ruhlandırır”.