İdman

gimnastikadan

başlayır

"Gələcəkdə dünya çempionu olmağı, idmanda böyük nəticələr əldə etməyi arzulayıram"

14 mart 2023

Bakı. Trend:

Gələcəkdə dünya çempionu olmağı, idmanda böyük nəticələr əldə etməyi arzulayıram.

Bu barədə Trend-ə qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Ləman Məmmədzadə deyib.

"Daha əvvəl respublika yarışlarında iştirak etmişəm, beynəlxalq turnirlərdə iştirak etməyi çox istəyirəm. Çox məşq edirəm və məşqçimin bütün təlimatlarına riayət edirəm, ümid edirəm ki, gələcəkdə yaxşı nəticələr göstərəcəm", - 10 yaşlı idmançı bildirib.

"Ocaq Sport" klubunun yetirməsi bütünlükdə yarışlardakı bugünkü çıxışından razı qaldığını deyib.

"Bəzən proqramın bəzi elementləri çətin alınır, heç də hər gün hər şey alınmır, lakin mən çalışıram. Bu yarışlara uzun müddət hazırlaşmışam, proqramı sonacan işləmişəm. Bu gün dayaq tullanışı və müxtəlif hündürlüklü qollarda hərəkətlərlə çıxış etdim. Dayaq tullanışı məndə alındı, qollarda hərəkətləri isə daha yaxşı edə bilərdim, məşqlərdə daha çox səy göstərəcəm", - o əlavə edib.

Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı keçirilir.